Apr 18, 2017 10:13 Asia/Baku
  • Nigeriyada müsəlmanların dinc aksiyasına qarşı repressiya
    Nigeriyada müsəlmanların dinc aksiyasına qarşı repressiya

Nigeriyanın təhlükəsizlik qüvvələri bu ölkə müsəlmanlarının paytaxt Əbucada bu ölkə şiələrinin rəhbəri Şeyx İbrahim Zəkzakiyə dəstək aksiyasını gözyaşardıcı qaz və su şırnakları ilə dağıdıblar.

Çoxu qadınlardan ibarət olan yüzlərlə şiə Nigeriya islam hərəkatının rəhbəri Şeyx Zəkzakinin həbsinə etiraz əlaməti olaraq dinc aksiya keçirib. 

Şeyx Zəkzaki 2015-ci il dekabrda Nigeriya ordusu tərəfindən həbs edilib və onun dərhal azadlığa buraxılması üçün məhkəmə hökm vermiş olsa da o hələ də həbsdədir. 

2015-ci il dekabrın 13-də hərbçilərin Kadona vilayətinin Zaria şəhərində bir hüseyniyəyə qarşı hücumu ilə bu ölkə müsəlmanlarına qarşı repressiya gücləndi. Bu cinayət nəticəsində yüzlərlə adam o sıradan Zəkzakinin 3 oğlu şəhid edilib. 

Teqlər