Apr 22, 2017 12:47 Asia/Baku
  • Çin

Çin xarici işlər naziri ölkəsinin "Xan Şiyxun" hadisəsi barədə Rusiya-İran birgə təklifini dəstəklədiyini bildirərək, belə qeyd edib: Çin və Rusiya beynəlxalq sülh və sabitliyin qorunması üçün səmərəli rol oynamaq məqsədilə öz strateji həmkarlıqlarını gücləndirməlidirlər.

İran və Rusiya Suriyada baş vermiş şübhəli "Xan Şiyxun" hadisəsi barədə təhqiqatın aparılması üçün bir qrupun yaradılmasını istəyirlər.

Apreilin 4-də Suriyanın İdlib vilayətinin cənubundakı "Xan Şiyxun" məntəqəsinə qarşı şübhəli kimyəvi hücumda 100-dən çox insan öldü və təqribən 400 nəfər də yaralandı.

Bu şübhəli hadisədən sonra Amerikanın başçılığı altda terrorçuların himayədarı olan Qərb-ərəb mehvəri bu hücumu Suriya dövlətinə aid etmək üçün çox səy göstərdi, lakin Suriya dövləti bu ittihamı rədd edibdir.

Bu şübhəli hücum həmçinin Amerika üçün bir bəhanəyə çevrildi. Belə ki, aprelin 7-də regionda İŞİD və Cibhətunnusrə kimi terror qrupları ilə mübarizənin ən əsas mərkəzi olan Suriyanın Hums vilayətindəki Əlşəyrat hava bazasını 59 ədəd raketlə hədəfə aldı.

IRIB-nin məlumatına görə, Çin xarici işlər naziri Van İ dünən Qazaxıstanın Astana şəhərində rus həmkarı Sergey Lavrovla görüşündə qeyd etdi ki, iki ölkə arasındakı əlaqələr müxtəlif sahələrdə həmkarlıqların yaxşı mərhələsinə çatıbdır.

Rusiyanın xarici işlər naziri də bu görüşdə vurğulayıb ki, Moslva və Pekin beynəlxalq sülh və sabitliyin qorunmasında xüsusi məsuliyyətlərə malikdirlər. O, deyib ki, Rusiya və Çin siyasi böhranlarla üzləşəndə siyasi qüdrətlərin birtərəfliliklərinə təslim olmamalıdırlar.

Lavrov Rusiya və Çinin BMT-nin Təhlükəsizlik Şurası və Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı daxil olmaqla beynəlxalq təşkilatlardakı əməkdaşlıqlarına işarə edərək, qeyd edib ki, Rusiya Çin ilə əlaqələrin daha da genişlənməsini istəyir.

İki tərəf habelə Astana şəhərində, Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin iclası kənarında keçirilmiş bu görüşdə Koreya yarımadasının durumu barədə fikir mübadiləsi aparıb və bildiribdir ki, bu yarımadada vəziyyət böhran həddindədir.

Teqlər