Apr 25, 2017 09:02 Asia/Baku
  • Vaşinqton ABŞ-ın nüvə anlaşmasına sadiq qaldığını vurğulayıb
    Vaşinqton ABŞ-ın nüvə anlaşmasına sadiq qaldığını vurğulayıb

ABŞ Dövlət Departamentinin müvəqqəti sözçüsü deyib ki, Vaşinqton nüvə anlaşmasının araşdırılması və yenidən nəzərdən keçirilməsinin sonunadək öz öhdəliklərinə sadiq qalacaq.

IRNA-nın məlumatına görə, ABŞ Dövlət Departamentinin müvəqqəti sözçüsü Mark Tuner bu gün Vyanada keçiriləcək nüvə anlaşması üzrə birgə komissiyanın iclası barədə isə deyib ki, fəsillik iclas öncədən hazırlanmış zaman cədvəli əsasında keçirilir.

ABŞ Dövlət Departamentinin müvəqqəti sözçüsü belə bir halda vurğulayıb ki, İran nüvə anlaşmasındakı bütün öhdəliklərinə sadiq qalıbdır.

Amerika prezidenti Donald Tramp ötən həftə İranın nüvə anlaşmasının ruhunu pozduğunu iddia edərək, Vaşinqtonun nüvə anlaşmasından çıxması ehtimalını rədd etməyibdir.

Belə bir şəraitdə ABŞ-ın dövlət katibi Reks Tillerson keçən həftə bu ölkə konqresinin nümayəndələr palatasının sədrinə məktub göndərərək, İranın nüvə anlaşmasındakı öhdəliklərinə sadiq qaldığını təsdiq etmişdi.

İran və 5+1 qrupu 2015-ci il iyulun 14-də İranın nüvə proqramı haqda bir anlaşma imzaladılar və bu anlaşma 2016-cı il yanvarın 16-da icra mərhələsinə daxil oldu.

Teqlər