Çin TAD raket sisteminin Cənubi Koreadan yığışdırılmasını istəyib
-
Çin TAD raket sisteminin Cənubi Koreadan yığışdırılmasını istəyib
Çinin Xarici İşlər Nazirliyi Amerikanın TAD raket sisteminin Cənubi Koreada yerləşdirilməsinə münasibət bildirərkən bu layihənin icrasının dayandırılması və bu sistemin tamamiylə yığışdırılmasını istəyib.
İRNA-nın verdiyi məlumata görə, Çinin XİN sözçüsü Qonq Şuanq bu gün Pekində mətbuat konfransında ABŞ-ın TAD raket sisteminin Cənubi Koreada yerləşdirilməsinin böhranın qızışmasına səbəb olacağını bildirərək deyib: Bu iki ölkə bu layihənin icrasına göz yummalı və əlaqədar təchizatların hamısını regiondan çıxarmalıdırlar.
Çin XİN sözçüsü deyib: Rəsmi Pekin Amerikanın TAD raket sisteminin Cənubi Koreada yerləşdirilməsinin qəti əleyhinədir ona görə ki, bu təşəbbüs nüvə məsələsinin həllinə və Korea yarımadasında sülh və sabitliyin mühafizəsinə heç bir kömək etməyəcək.
Amerika və Cənubi Korea 2016-cı il İyul ayında Şimali Koreanın təhdidləri ilə mübarizə bəhanəsi ilə TAD raket sisteminin bu ölkədə yerləşdirilməsi ilə razılaşdı, bu razılaşma Çin və Rusiyanın müxalifəti ilə üzləşdi.
Cənubi Korea və ABŞ bu gün səhər TAD raket sisteminin detallarının ikinci hissəsinin Seulun 300 kilometrliyində yerləşən Seonqcu bölgəsində yerləşdirilməsi əməliyyatına başlayıb.