Apr 27, 2017 11:04 Asia/Baku
  • Putin terrorizm ilə mübarizəyə təkid etdi
    Putin terrorizm ilə mübarizəyə təkid etdi

Rusiya prezidenti terrorizm ilə mübarizədə vahid və mütəşəkkil mövqenin sərgilənməsini istəyib.

İSNA xəbər agentliyinin verdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putin çərşənbə günü 6-cı Beynəlxalq Moskva Təhlükəsizlik Konfransında deyib: Yaxın Şərq və Afrikanın şimalında terrorizm ilə mübarizənin aparılması mütəşəkkil bir baxışa ehtiyaclıdır. 

Vladimir Putin həmçinin deyib: Moskva Təhlükəsizlik Konfransında konstruktiv və azad mövzuların müzakirə edilməsi iştirakçılar arasında fikir mübadiləsi və əməkdaşlıqlrın genişləndirilməsi üçün  yaxşı fürsət yaratmış olacaq. 

Rusiya prezidenti daha sonra vurğulayıb: Bu günkü səmərəli və birbaşa danışıqlar terrorizm ilə mübarizədə ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsində zəruridir. 

6-cı Beynəlxalq Moskva Təhlükəsizlik Konfransı İran İslam Respublikası daxil olmaqla 80 ölkədən gəlmiş nümayəndə heyətlərinin iştirakı ilə çərşənbə günü Moskvada işə başlayıb. 

Teqlər