Apr 27, 2017 11:43 Asia/Baku
  • Venesuelada məhbusların qiyamı
    Venesuelada məhbusların qiyamı

Venesuela Milli Qvardiyası çərşənbə günü bildirib: Anzevatqoyi vilayətində, Barselon şəhərində yerləşən Puente Ayala zindanında çıxan üsyan zamanı 12 nəfər həyatını itirib.

İRNA-nın məlumatına görə, Venesuela Parlamentinin Anzevatqoyi vilayətindən olan üzvü Armando Armas isə Puente Ayala zindanında çıxan toqquşmada ölənlərin sayının elan olunmuş rəqəmlərdən xeyli çox olması ehtimalından xəbər verib. 

Armasın dediyinə görə, toqquşma Karakas zindanlarından birindən köçürülən məhbusların Puente Ayala zindanına köçürülməsinin ardınca, yeni gələn məhbusların zindana nəzarəti ələ keçirməyə cəhd göstərmələrinin ardınca çıxıb. 

Son illərdə Venesuelada zindanlara nəzarət sistemi, toqquşmaların artmasına və zindanlarda saxlanılan məhbusların sayının həddən artıq çox olmasına , məhbuslar arasında silahın olmasına görə, insan haqları müdafiəçiləri tərəfindən ciddi tənqidlərə məruz qalıb. 

Teqlər