Apr 27, 2017 18:21 Asia/Baku
  • Şimali Koreya Amerika və BMT TŞ-yə xəbərdarlıq etdi
    Şimali Koreya Amerika və BMT TŞ-yə xəbərdarlıq etdi

Şimali Koreya: "Koreya Yarımadasında başlanacaq hər hansı müharibəyə görə Amerika məsuliyyət daşıyır".

İRNA-nın məlumatına görə, Şimali Koreyanın dövlət sözçüsü BMT Təhlükəsizlik Şurasının ABŞ dövlət katibi Reks Tillersonun istiqamətləndirməsi ilə Şimali Koreya barəsində iclas təşkil etmək istəməsini kəskin formada tənqid edib və deyib: Əgər Koreya Yarımadasında müharibə baş verərsə, buna görə məsuliyyət daşıyan tərəf Amerika və Təhlükəsizlik Şurası olacaq.

Reks Tillerson cümə günü Təhlükəsizlik Şurasının iclasına sədrlik etməlidir. Bu iclasın gündəmində duracaq əsas məsələ isə Koreya Yarımadasında nüvə proqramları və Şimali Koreyanın nüvə fəaliyyətləri olacaq.

Şimali Koreyanın dövlət sözçüsü həmçinin deyib: Amerika modern hərbi təchizatlarını Koreya Yarımadasına köçürməklə regionda qüdrət balansını pozmağa çalışır.

Şimali Koreyanın dövlət sözçüsü daha sonra deyib: Təhlükəsizlik Şurası ABŞ-ın əlində bir vasitəyə çevrilib və ötən illər ərzində yanlış siyasətlər yürütməsinə və ABŞ-ın siyasətlərini izləməsinə görə öz məsuliyyətlərindən uzaqlaşıb və bu da regionda hərtərəfli müharibənin baş verməsi ilə nəticələnə bilər.

Teqlər