Londonda aksiya\Fələstinli əsirlərə dəstək
-
Londonda aksiya\Fələstinli əsirlərə dəstək
Britaniyada yaşayan bir qrup fələstinli Londonda İsrail səfirliyi önündə piket keçirərək, sionist rejim zindanlarında aclıq aksiyası elan etmiş fələstinli əsirlər ilə öz həmrəyliklərini bəyan ediblər.
Əlfəcr informasiya portalının verdiyi məlumata görə, bu etiraz aksiyası "Əl-Əqsa dostları" və "Britaniyada Fələstinlilər Assossasiyası" adlı təşkilatların dəvəti əsasında keçirilib. "Fələstinlilər ilə həmrəylik" kampaniyası ilə "Britaniya İslam Cəmiyyəti" habelə, bir neçə qeyri dövlət təşkilatı bu çağırışa dəstək verib.
Aksiya iştirakçıları İsrail rejiminin fələstinli əsirlər ilə pis rəftar etməsinə və onların ilkin hüquqlarını pozmasına görə cəzalandırılmasını istəyiblər.
Aksiya iştirakçıları həmçinin, Fələstin Azaddır, İsrail Terrorçudur və Biz Azadlığa İnanırıq şüarları veriblər.
1500-dən çox fələstinli əsir 17 Aprel, Əsir Günü-ndən etibarən aclıq aksiyasına başlayıb. "Azadlıq və Kəramət" şüarı ilə başladılan bu aclıq aksiyasında məqsəd İsrailin fələstinli əsirlərə qarşı qanundan kənar davranışlarına etirazdır.