Yaponiya ABŞ-ın hərbi gəmisini qorumaq üçün hərbi gəmi göndərib
Yaponiya ABŞ-ın hərbi gəmisini qorumaq üçün öz helikopterdaşıyan gəmisinə amerikan gəmisini müşayiət etmək və lazım gəldiyi təqdirdə atəş açmaq əmri verib.
İSNA-nın məlumatına görə, Yaponiyanın hərbi səlahiyyətlərinin artırılması çərçivəsində baş tutan bu missiya 2-ci dünya müharibəsindən sonra Yaponiyanın ilk hərbi missiyası sayılır.
Yaponiya mənbələri bildiriblər ki, bu ölkənin müdafiə naziri Tomomi İnada "İzomo" helikopterdaşıyan gəmisinə ABŞ-ın Sakit okeanı istiqamətində üzməkdə olan tədarükat gəmisini müşayət etməsi barədə göstəriş verib.
Şimali Koreyanın Xarici İşlər Nazirliyi son zamanlar bildirib ki, Pxenyan Vaşinqtonun təhrikedici hərəkətləri ilə qarşılaşmağa hazırdır və ABŞ-ın Koreya sularına təyyarədaşıyan gəmi göndərməsindən qorxmur.
Çin və Şimali Koreya ABŞ-ın məntəqədəki hərbi iştirakını öz milli təhlükəsizliyinə qarşı təhdid hesab edir və bu addımın regionda silahlanma rəqabətinə səbəb olacağını bildirirlər.