Tramp Ş.Korea rəhbəri ilə görüşməyə hazırdır
Amerika və Şimali Korea arasında böhranın gərginləşməsi ilə eyni zamanda qərb mənbələri ABŞ prezidentinin Ş.Korea rəhbəri ilə görüşməyə hazır olduğundan xəbər veriblər.
İRNA-nın verdiyi məlumata görə, Donald Tramp dünən gecə Şimali Korea rəhbəri ilə görüşə hazır olduğunu bildirərək Əlverişli şəraitdə bunu edəcəyini deyib.
Tramp deyib: Bu görüş mənim üçün münasib olarsa bunu mütləq edəcəyəm və bundan iftixar hissi keçirəcəyəm.
ABŞ prezidenti deyib: "Mən bunu münasib bir şəraitdə edəcəyəm." Tramp Korea yarımadasına doğru Karl Vinson hərbi donanmasını göndərdiyi, eləcə də Şimali Koreanın ballestin raket sınaqlarının geniş vüsət aldığı bir şəraitdə bunları deyib.
Pxenyan dəfələrlə bildirmişdir ki, Amerika və onun müttəfiqləri Şimali Koreaya qarşı təhdidlərini davam etdirincə bu ölkə özünün hərbi və önləyici qabiliyyətlərini gücləndirməkdə cavam edəcək.