May 05, 2017 10:49 Asia/Baku
  • 
Nyu-Yorkda Trampın siyasətləri əleyhinə aksiya
    Nyu-Yorkda Trampın siyasətləri əleyhinə aksiya

ABŞ-da hökumət əleyhinə etirazların davamında Nyu-Yorkda yüzlərlə etirazçı bu ölkə prezidentinin siyasətlərinə qarşı aksiya keçirib.

Fransa İnformasiya Agentliyinin məlumatına görə, yüzlərlə nəfər cümə axşamı günü Nyu-Yorkun Menhetten məhəlləsində prezidentliyə başladığı zamandan ilk dəfə olaraq doğulduğu şəhərə gələn ABŞ prezidenti Donald Trampın siyasətləri əleyhinə aksiya keçirib. 

Nyu-York şəhəri sakinləri bu aksiyada "Donald Tramp getməlidir" və "Demokratiya budur" kimi şüarlar səsləndiriblər. 

Digər tərəfdən Qallop Araşdırmalar Müəssisəsi son rəy sorğusunun nəticələrini bildirərək yazıb: Müəssisənin rəy sorğusunda iştirak edən ABŞ vətəndaşlarının 54%-i Trampın seçkiqabağı təbliğat-təşviqat kampaniyaları zamanı verdiyi vədlərə baxmayaraq, Vaşinqtonun siyasi aparatının funksiyası və münasibətlərində dəyişikliyə nail ola bilmədiyini deyib. 

Qallop müəssisəsi xatırladıb: ABŞ-ın sabiq prezidenti Barak Obama prezidentliyinin 100 günündə 60% razılığı cəlb etmişdi, halbuki Tramp üçün bu göstərici 40%-dir. 

Donald Trampın fərmanları, açıqlamaları, qalmaqallı davranışları, bəzi hallarda ədəbsizliyi ABŞ vətəndaşlarının əksəriyyətinin onu prezident həddində olmadığını demələrinə səbəb olub. 

Teqlər