Lavrov Rusiyanın NATO ilə əlaqələrinin gərginliyi haqda ifşaçılıq etdi
Rusiya xarici işlər naziri ifşa edib ki, Şimali Atlantik Alyansı NATO-nun Ukrayna ilə Rusiya arasında əlaqələrin kəsilməsinə səy göstərməsi məğlubiyyətə uğradıqdan sonra, Moskva ilə NATO-nun əlaqələri gərginləşdi.
Sputnik İnformasiya Agentliyinin məlumatına görə, Rusiya xarici işlər naziri Sergey Lavrov deyib: NATO rəsmiləri Ukraynanı nəzarətə götürmək, bu ölkəni NATO-da üzv etmək və Rusiyanı Krım yarımadası vasitəsi ilə mühasirəyə almaq üzrə proqramların məğlubiyyətə uğramasından sonra çox qəzəbləndilər.
Rusiya xarici işlər naziri bildirib: NATO-nun düşmənçilik siyasəti bir yerə çatmayacaq.
Ukraynanın şərqində qarşıdurmaların artması, Krım yarımadası sakinlərinin Ukraynadan ayrılmağa və Rusiyaya ilhaq edilməsinə səs verməsi ilə Avropa Birliyi Moskva əleyhinə sanksiyalar tətbiq edib.
Rusiya da Avropa Birliyi əleyhinə qarşılıqlı olaraq sanksiyalar tətbiq edib.