Framsa polisi miqrantlarla kobud davranıb
May 09, 2017 14:09 Asia/Baku
Fransa polisi Parisin yaxınlığında yerləşən didərgin düşərgəsini boşaltmaq üçün sərt metoddan istifadə edib.
Le Figaro qəzetinin internet portalının verdiyi məlumata görə, Parisin polis idarəsi bu gün bir bəyanat yayaraq "porte de la Chapelle" metro stansiyasında miqrant düşərgəsinin boşaldılması əməliyyatına start verildiyini bildirib.
Paris polisi iddia edib ki, miqrantların qeyri-qanuni düşərgəsi onların təhlükəsizliyi və sağlamlığına ziyanlıdır və polis bu düşərgəni boşaltmalı olub.
350 polis və təhlükəsizlik qüvvəsi düşərgənin boşaldılması əməliyyatına cəlb olunub.
Fransa polisinin miqrantlar düşərgəsinə o sıradan Kale düşərgəsinə qarşı kobud əməliyyatları hüquq müdafiə qruplarının geniş etirazlarına səbəb olub.