MKİ Ş. Koreya ilə mübarizə üçün xüsusi bölmə yaradır
https://azeri.sahartv.ir/news/dünya-i268902-mkİ_Ş._koreya_ilə_mübarizə_üçün_xüsusi_bölmə_yaradır
Amerika Mərkəzi Kəşfiyyat İdarəsi Şimali Koreyanın nüvə hədəsinin və onunla mübarizə hazırlığının dəyərləndirilməsi üçün xüsusi bölmə yaratmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 11, 2017 16:26 Asia/Baku
  • MKİ Ş. Koreya ilə mübarizə üçün xüsusi bölmə yaradır

Amerika Mərkəzi Kəşfiyyat İdarəsi Şimali Koreyanın nüvə hədəsinin və onunla mübarizə hazırlığının dəyərləndirilməsi üçün xüsusi bölmə yaratmasından xəbər verib.

Frans-Press-in məlumatına görə, Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin rəisi Mayk Pompeo dünən gecə bildirib: Şimali Koreyanın nüvə hədəsinin dəyərləndirilməsi üçün xüsusi bölmənin təşkili belə bir icazəni verir ki, Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin Şimali Koreya tərəfindən ABŞ-a qarşı yönələn ciddi hədə ilə mübarizə üzrə səyləri izlənilmiş olsun.

İlk dəfədir ki, Amerika Mərkəzi Kəşfiyyat İdarəsi xas bir ölkənin hədələrini dəyərləndirmək üçün xüsusi bölmə yaradır.