May 12, 2017 13:35 Asia/Baku
  • Argentinada insan haqlarını pozanlara yardım qanunu əleyhinə aksiya
    Argentinada insan haqlarını pozanlara yardım qanunu əleyhinə aksiya

Minlərlə argentinalı insan haqlarını pozanlara yardım qanununa etiraz olaraq aksiya keçirib.

Hispan.TV-nin verdiyi məlumata görə, müxtəlif təbəqədən və siyasi partiyalardan olan minlərlə insan cümə axşamı bir etiraz aksiyasına iştirak edərək, Argentina Ali Məhkəməsinin insan haqları ilə bağlı həbsdə olan şəxslərin azad edilməsinə şərait yaradan yeni qanununa qarşı çıxıblar. 

Argentinalı aksiya iştirakçıları Ali Məhkəmənin insan haqlarını pozanların cəzasının yüngülləşdirilməsi haqda qərarına etiraz edərək, bu qərara qarşı çıxıblar. 

Argentina Konqresindəki qanunvericilər də Ali Məhkəmənin bu qərarına etiraz olaraq, çərşənbə günü 1976-cı ildən 1983-cü ilə qədər Argentinada hakimiyyətdə olmuş hərbi-diktatura rejimi zamanı insan haqlarını kobud şəkildə pozanlarlın cəzasını yüngülləşdirməyə icazə verməyən yeni bir qanun layihəsi qəbul ediblər. 

Narazı kütlə prezident aparatının önünə toplaşaraq, hərbi-diktatura rejimi zamanı repressiyalara məruz qalmış və bu günə qədər taleyinə aydınlıq gətirilməmiş insanların fotoşəkillərini əllərində tutublar. 

İnsan haqları fəalları bildirirlər ki, Argentinada hərbçilərin hökuməti ötən əsrin 80-ci illərində minlərlə sivil vətəndaşı məxfi şəkildə oğurlayaraq, onlara işgəncə edib və sonda onları öldürüb. 

Teqlər