Cumhuriyyət qəzeti müdirlərinin həbsi davam edir
İstanbulda Cumhuriyyət qəzeti saytının müdiri Oğuz Güvən dünən bu ölkənin təhlükəsizlik qüvvələri tərəfindən həbs olunub.
Türkiyədə Dənizli şəhər prokuroru Mustafa Alper Güvənin bir sürücülük hadisəi haqda xəbər ilə bağlı həbs olunması barədə hökm verib.
Cumhuriyyət qəzetinin sabiq baş redaktoru Can Dondar və bu qəzetin Ankaradakı ofis müdiri Ərdəm Gül də bundan öncə mühakimə olunaraq, vəzifələrindən kənarlaşdırılmışdılar. Onlara vurulan ittiham Türkiyənin xəfiyyə təşkilatı tərəfindən Suriyadakı terror qruplarına yük maşınları ilə silah və sursatın göndərilməsi barədəki videoçarxı yaymaq olubdur.
Cumhuriyyət qəzetinin bir qrup işçisi də ötən aylarda həbs olunubdur. Onlara vurulan ittiham isə terror hərəkətləri, uğursuz 15 iyul çevrilişi və kürd sakinli məntəqələrdəki çaxnaşmalarla əlaqəli olmaq olubdur.
Uğursuz 15 iyul çevrilişindən sonra Türkiyədə 100-dən çox jurnalistin zindana salınması dünya səviyyəsində tənqidlərə səbəb olubdur. Bu da Türkiyəni dünyada jurnalistlərin ən iri məhbəsinə çeviribdir.
Uğursuz 15 iyul çevrilişindən sonra Türkiyə başçıları ordu, polis, məhkəmə aparatı, müxalif siyasi şəxsiyyətlər, jurnalistlər, sənətçilər və yazıçılar arasında geniş həbslər aparıblar.
Avropa İttifaqı Türkiyəni çevriliş hadisəsindən öz siyasi müxaliflərilə hesabları çürütməkdə ittiham edir.