Norveç fəhlə sindikatlarından Fələstin xalqına dəstək
May 13, 2017 08:29 Asia/Baku
Norveç fəhlə sindikatları birliyi bu ölkənin rəsmilərindən istəyibdir ki, müstəqil Fələstin ölkəsini rəsmən tanısınlar.
Frans-Press-in məlumatına görə, Norveç fəhlə sindikatları birliyi dünən axşam bir bəyanat yayaraq, həmçinin sionist rejimin iqtisadiyyat və mədəniyyət baxımından boykot edilməsini istəyib.
Belə bir halda, Norveçin xarici işlər naziri twitter sosial şəbəkəsində yazıb ki, bu ölkənin hökuməti İsrail rejiminin boykot edilməsilə müxalifdir və Norveç fəhlə sindikatları birliyinin qərarından nigarandır.
Sionist rejimin Oslodakı səfirliyi də İsrail rejiminin Norveç fəhlə sindikatları birliyi tərəfindən boykot edilməsini pisləyibdir.
Teqlər