Uşaq hüququnda Britaniya gerilədi
-
Uşaq hüququnda Britaniya gerilədi
Britaniyanın İndependent nəşri bu ölkənin uşaqlara dəstək üzrə beynəlxalq reytinqdə 11-ci yerdən 156-cı yerə yuvarlandığını bildirib.
Britaniyanın İndependent nəşri bazar ertəsi günü bir məqalədə bu ölkə hökumətinin uşaqların hüququna dəstəkdəki səhlənkarlığına toxunub: 2017 Uşaqların Hüququ İndeksinə əsasən Britaniya hal-hazırda uşaqların hüquqlarının yaxşılaşdırılması sahəsində ən az addımları atan 10 ölkə arasında yer alır.
Məlumata görə, Uşaqların Hüququ İndeksi BMT-nin Uşaq Fondu YUNİSEF və BMT-nin Uşaqların Hüququ Komitəsinin məlumatlarına əsasən qiymətləndirilir. Bu il Portuqaliya dünyada ilk yeri tutub.
Bu arada Lordlar Palatasında Fəhlə partiyasının sədr müavini və Fəhlə partiyasında səhiyyə məsələləri üzrə sözçü Lord Filip Hunt bu reytinqin yayılması ardınca, Britaniya hökumətini passivlik və yetərsiz xidmətlər verməkdə suçlayıb və hökumətdən uşaqların hüququnu mühafizə etmək üçün əlavə addımlar atmasını istəyib.
Filip Hunt əlavə edib: Bu məlumat Britaniyanın hazırkı hökumətinin ən önəmli sahələrdən biri yəni uşaq hüququ barədə lazımi addımları atmadığını göstərir.
Dünyada Uşaqların Hüququ İndeksində çıxarılan nəticələrə əsasən, sənaye ölkələri uşaqların hüququ üçün davamlı şəraitin yaradılması üçün az büdcə ayırır, bu ölkələrin liderləri məsuliyyətlərini görməməzliyə vurur və uşaqların hüququnun mühafizəsi üçün yetərli investisiya ayırmırlar.