May 16, 2017 10:02 Asia/Baku
  • Təhlükəsizlik Şurasının Ş.Koreanın raket sınağına reaksiyası
    Təhlükəsizlik Şurasının Ş.Koreanın raket sınağına reaksiyası

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası dünən səs çoxluğu ilə Şimali Koreanın raket sınağını pisləyib və Pxenyandan bundan sonra heç bir raket sınağı həyata keçirməməsini istəyib.

CBC News telekanalının verdiyi məlumata görə, TŞ-nin bəyanatında deyilir ki, Ş.Koreanın raket sınağı nüvə silahlarından istifadə texnologiyasının inkişafı istiqamətiində baş tutur və regionda ciddi qarşıdurmaya səbəb olur. Bəyanatda qeyd olunur ki, Təhlükəsizlik Şurası Pxenyana qarşı sanksiyaları gücləndirməyə hazırdır. 

Amerika son həftələr ərzində Ş.Koreaya qarşı cəza tədbirlərinin gücləndirilməsini istəmişdir. 

Ş.Korea ötən şənbə günü bir ədəd ballestik raketi Yaponiya dənizinə doğru atdı. Röyters xəbər agentliyi aeronevtika üzrə mütəxəssislərə istinadla bildirib ki, bu raket 4 min km məsafəni qət etməyə qadirdir. 

Amerika son vaxtlar Korea yarımadası ətrafında hərbi gəmi qrupu göndərib həmin gəmilər cari milad ayının sonunadək regiona çatacaq. Eyni zamanda ABŞ-ın müşahidəçi təyyarələri də Yaponiya dənizi üzərində mütəmadi uçuşlar həyata keçirir və Ş.Koreanın hər hansı ehtimal olunan nüvə sınağını müşahidə etməyi planlaşdırır. 

Şərq mediaları isə Ş.Koreanın Ponk Giye Ri atom bazasının ətraf ərazisinin boşaldılmasından xəbər veriblər, bu isə Pxenyanın yeni nüvə sınağına hazırlaşması anlamına gələ bilər. 

Vaşinqton Ş.Koreanın hərbi fəaliyyətləri və nüvə sınaqlarının dayandırılmasını istəyir. Pxenyan isə dəfələrlə bildirib ki, Amerika və onun müttəfiqləri regiondakı öz hərbi təlimləri və fəaliyyətləri ilə bu ölkəni təhdid etməyə davam edərlərsə Ş.Korea da özünün hərbi gücünü və önləyici qabiliyyətini artırmaqda davam edəcək. 

 

Teqlər