Venesuela böhranının insan tələfatı artır
https://azeri.sahartv.ir/news/dünya-i270110-venesuela_böhranının_insan_tələfatı_artır
Venesuelada hökumətə qarşı etiraz aksiyalarında başqa bir nəfərin həlak olması ilə son 7 həftədə bu ölkənin siyasi və iqtisadi böhranının insan tələfatının sayı 48 nəfərə çatıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 22, 2017 06:19 Asia/Baku
  • Venesuela böhranının insan tələfatı artır
    Venesuela böhranının insan tələfatı artır

Venesuelada hökumətə qarşı etiraz aksiyalarında başqa bir nəfərin həlak olması ilə son 7 həftədə bu ölkənin siyasi və iqtisadi böhranının insan tələfatının sayı 48 nəfərə çatıb.

İRNA-nın verdiyi məlumata görə, dünən etiraz aksiyaları əsnasında 23 yaşlı gənc yaraqlılar tərəfindən odlu silahla sinəsindən hədəfə alınaraq öldürülüb. 

Atışmada 18 yaşlı bir oğlan və 50 yaşlı bir qadın da yaralanıb və xəstəxanaya köçürülüb. 

Son həftələrdə Venesuelanın müxtəlif şəhərlərində Nikolas Maduro hökumətinə qarşı geniş aksiyalar keçirilməkdədir. 

Etiraz nümayişləri bəzi şəhərlərdə polis və ordu ilə xalq arasında toqquşmalara gətirib çıxarıb  və bunun nəticəsində onlarla adam həyatını itirib və yaralanıb. 

Şənbə günü baş verən etiraz aksiyalarında sadəcə paytaxt Karakasda 45 nəfər yaralanıb. 

Son aylar ərzində Venesuela müxalifətin etiraz aksiyalarının şahidi olub.

Venesuela dövlətinin müxalifləri bu ölkənin prezidenti Nikolas Maduronu vəzifəsindən kənarlaşmaq məcburiyyətində qoymağa səy göstərirlər. 

Venesuela prezidenti daima ABŞ-ın tabeliyində olan sağçı partiyaları ölkədəki iğtişaşların əsas amili kimi təqdim edir.