İyun 02, 2017 18:05 Asia/Baku
  • Makron ölkələrin ekoloji öhdəliklərini vurğulayıb

Fransa prezidenti Paris iqlim razılaşmasını imzalamış ölkələrin bu pakta sadiq qalmalarını istəyib.

Emmanuel Makron dünən ABŞ-ın bu razılaşmadan çıxdığını elan etməsinə reaksiyada deyib ki, həmin ölkənin Paris iqlim razılaşmasından çıxması mütləq şəkildə yanlış hərəkətdir.

Makron Paris iqlim razılaşması üstündə müzakirə və ya onun yerinə ayrı bir razılaşmanın yaradılmasını rədd edib. O, dünya alimlərindən istəyibdir ki, Trampın qərarından məyus olmasınlar və iqlim dəyişiklikləri prosesi ilə mübarizəni davam etdirsinlər.

Fransa prezidenti belə bir halda Almaniya ilə Fransanın qarşıdakı günlərədə ətraf mühit məsələləri barədə birgə ideyalar irəli sürəcəklərindən xəbər verib.

Tramp cümə axşamı günü Amerikanın Paris razılaşmasından çıxdığını bildirərək, bu paktın sərt maliyyə və iqtisadi qanunlarını kəskin tərzdə tənqid edib və bu pakta daxil olmaq üçün yeni müzakirə imkanından danışıbdır.

Teqlər