Trampın qərarı ABŞ-ın imicinə zərbə vurdu
-
Donald Tramp
ABŞ-ın sabiq rəsmilərindən biri Donald Trampın Paris sazişi haqda qərarının ABŞ-ın beynəlxalq imicinə zərbə vurduğunu bildirib.
CNN televiziyasının məlumatına görə, ABŞ-ın Barak Obama hökumətindəki energetika naziri Ernest Muniz bu telekanalla müsahibədə deyib: ABŞ prezidenti Donald Trampın Paris İqlim Dəyişikliyi Sazişi haqda qərarı çox əhəmiyyətlidir. Bu qərarın simvolik həməiyyəti vardır. Bu qərar bizim dostlarımız və müttəfiqlərimizin Amerikanın etibar ediləsi olması ilə bağlı etimadına güclü zərbə vurdu. Belə qərarların təsirləri çox-çoxdur. Biz belə sazişlərlə birlikdə həm ətraf mühitin qorunmasına kömək edə, həm də ABŞ-da iş yerlərinin yaradılmasına çalışa bilərik. Şübhəsiz Çin dünya iqtisadiyyatındakı öz mövqeyini gücləndirmək üçün Trampın bu qərarından fövqəladə fürsət kimi istifadə edəcək.