Amerika Səudiyyə Ərəbistanı ilə hərbi müqavilələri təsdiqləyib
https://azeri.sahartv.ir/news/dünya-i271948-amerika_səudiyyə_Ərəbistanı_ilə_hərbi_müqavilələri_təsdiqləyib
ABŞ Dövlət Departamenti ötən ay Səudiyyə Ərəbistanı ilə Amerika başçıları arasında imzalanmış 110 milyard dollar dəyərindəki iki hərbi müqaviləni təsdiqləyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 06, 2017 06:48 Asia/Baku
  • Amerika Səudiyyə Ərəbistanı ilə hərbi müqavilələri təsdiqləyib
    Amerika Səudiyyə Ərəbistanı ilə hərbi müqavilələri təsdiqləyib

ABŞ Dövlət Departamenti ötən ay Səudiyyə Ərəbistanı ilə Amerika başçıları arasında imzalanmış 110 milyard dollar dəyərindəki iki hərbi müqaviləni təsdiqləyib.

ABŞ prezidenti Donald Tramp mayın 2-də Səudiyyə Ərəbistanına reallaşan özünün ilk xarici səfərində bu ölkə ilə 1.4 milyard dollar dəyərində silah müqaviləsi imzaladı. Bu hadisədən sonra ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanının dəniz qoşunlarına 250 milyon dollar dəyərində hərbi xidmət paketinin təqdim olunmasına icazə verdi. 

Dövlət Departamenti dünən də yeni bir təşəbbüsdə 750  və 662 milyon dollar dəyərində olan başqa iki hərbi müqaviləni təsdiqləyib. 

Amerikan rəsmilərə görə,  Trampın Səudiyyə Ərəbistanına səfərində imzalanmış müqavilələrin dəyər baxımından 3-də biri,  ABŞ-ın keçmiş hökumətində icazəsi verilmiş müqavilələrdir.