Kəşmir müsəlmanları Tehran terror hücumlarına qarşı aksiya keçiriblər
Hindistanın tabeliyində olan Kəşmirin Kargill şəhərinin müsəlmanları bir aksiya keçirərək, Tehran terror hücumlarını pisləyiblər.
IRIB-nin məlumatına görə, aksiya iştirakçıları "İŞİD-ə ölüm!", "İsrail rejiminə ölüm!" və "Amerikaya ölüm!" şüarları verərək, İran İslam Şurası Məclisində və Həzrət İmam Xomeyni(r.ə)-in pak hərəmində terror hücumlarının baş verməsini kəskin tərzdə pisləyiblər.
Aksiyaçılar habelə Həzrət İmam Xomeyni(r.ə)-in və İslam İnqilabının Böyük Rəhbərinin təsvirlərini və plakatlar daşıyaraq, İran xalqı və Tehran terror hücumları şəhidlərinin ailələrinin kədərləri ilə bölüşüb və onlarla həmrəylik ifadə ediblər.
Etirazçılar beynəlxalq təşkilatlardan istəyiblər ki, bir çox islam ölkəsini təhdid edən terrorizmin himayədarları ilə ciddi rəftar etsinlər.