Pelosi: Trampın Ərəbistana səfəri sual doğurur
https://azeri.sahartv.ir/news/dünya-i272476-pelosi_trampın_Ərəbistana_səfəri_sual_doğurur
ABŞ Nümayəndələr Palatasında azlıq demokratların rəhbəri Trampın Səudiyyə Ərəbistanına səfərini sual doğuran səfər adlandırıb və bu səfər barədə araşdırma niyyətində olduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 10, 2017 06:10 Asia/Baku
  • Nansi Pelosi
    Nansi Pelosi

ABŞ Nümayəndələr Palatasında azlıq demokratların rəhbəri Trampın Səudiyyə Ərəbistanına səfərini sual doğuran səfər adlandırıb və bu səfər barədə araşdırma niyyətində olduğunu bildirib.

İRNA-nın məlumatına görə, Nansi Pelosi ABŞ-ın MSNBC xəbər televiziyası ilə müsahibədə xatırladıb: Tramp ilk xarici səfərini Ərəbistana etdi. Ər-Riyadın 11 sentyabr hadisəsindəki rolunu nəzərə aldıqda bu hərəkət qəribədir. 

ABŞ Nümayəndələr Palatasında azlıq demokratların rəhbəri 11 sentyabr hadisəsi ilə əlaqədar təhqiqatda iştirak etdiyini xatırladıb: ABŞ-da, həmçinin Ərəbistan vətəndaşları arasında qeyd olunan hücum haqda bu ölkənin müdaxiləsi barədə şübhələr vardır. 

ABŞ-da 11 sentyabr hadisələrində təxminən üç min nəfər həlak oldu. 11 sentyabr hadisəsini törədən 19 təyyarə oğrusundan 15 nəfəri Səudiyyə Ərəbistanı vətəndaşı olub. 

ABŞ Nümayəndələr Palatasında azlıq demokratların rəhbəri Nansi Pelosi Konqresdə Federal Təhqiqat Bürosunun sabiq şefi Ceyms Kominin dinlənilməsi üzrə iclasın ilk saatlarında Trampın tweet atmaqla məşğul olduğuna diqqət çəkib. 

Nansi Pelosi deyib: Trampın səlahiyyəti və onun sağlamlıq şəraitinin münasib olması haqda nigaranam. Fikrimcə, Tramp indi daha çox istirahət etməli və yatmalıdır.