Niger səfirini Qətərdən geri çağırdı
İyun 10, 2017 15:26 Asia/Baku
-
Niger səfirini Qətərdən geri çağırdı
Niger Fars Körfəzi Əməkdaşlıq Şurasında yaranan gərginlik ardınca səfirini Qətərdən geri çağırıb.
İRİB-in məlumatına görə, Niger Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir: Dohadakı səfir Fars körfəzində baş verən olaylarla bağlı məsləhətləşmək və Qətərlə əlaqələrini dayandıran ərəb ölkələrinə qoşulmaq üçün Nigerə geri çağırılıb.
Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Misir və bir neçə başqa ölkə bazar ertəsi günü Qətəri terrorizmi dəstəkləməkdə suçlayaraq bu ölkə ilə əlaqələrini kəsiblər.
Həmçinin Ərəbistan, Bəhreyn, BƏƏ və Misirin quru, dəniz və hava yolları Qətərin üzünə bağlanıb.
Teqlər