Filippində terror fəaliyyətlərinə əl-Bağdadi göstəriş verib
https://azeri.sahartv.ir/news/dünya-i272756-filippində_terror_fəaliyyətlərinə_əl_bağdadi_göstəriş_verib
Filippin prezidenti ifşa edib ki, İŞİD terror qruplaşmasının başçısı Əbubəkr əl-Bağdadi Filippinin cənubunda Maravi şəhərinin mühasirəsinə göstəriş verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 12, 2017 10:56 Asia/Baku
  • Rodriqo Duterte
    Rodriqo Duterte

Filippin prezidenti ifşa edib ki, İŞİD terror qruplaşmasının başçısı Əbubəkr əl-Bağdadi Filippinin cənubunda Maravi şəhərinin mühasirəsinə göstəriş verib.

İRNA-nın məlumatına görə, Rodriqo Duterte Maravidə terror aktlarının törədilməsi və günahsız uşaq, qadın və kişilərin qətlə yetirilməsinə toxunaraq deyib: Aydınlaşıb ki, İŞİD başçısı əl-Bağdadi Filippində terror fəaliyyətlərinə göstəriş vermişdir.

Duterte həmçinin narkotik maddələr və terrorizm əlaqəsi məsələsinə toxunub və narkotik maddələr məsələsinin araşdırılmasını vacib adlandırıb.

Bu arada bir neçə filippinli senator da ölkə rəsmilərindən İŞİD-lə əlaqədə olan Maute terror qruplaşması başçıları və yaxınlarının əmlakının dondurulmasını istəyiblər.

Maute terror qruplaşması İŞİD-lə əlaqədə olan qruplaşmadır.

Filippin polisi son vaxtlar nağd pul paketləri daşıyan Maute radikal qruplaşmasının bəzi başçılarını saxlayıb.

Təhlükəsizlik rəsmilərinin qənaətincə, Maute terror qruplaşması mütəşəkkil qruplaşmadır və güclü maliyyə mənbələri vardır.