Fransa hökumətinin mühacirlərlə bağlı siyasətləri qeyri-insanidir
https://azeri.sahartv.ir/news/dünya-i274196-fransa_hökumətinin_mühacirlərlə_bağlı_siyasətləri_qeyri_insanidir
Fransada çıxan bir qəzet buölkə hökumətinin xüsusi ilə də daxili işlər nazirinin bu ölkənin şimalında, Kale məntəqəsindəki mühacirlər ilə davranışını qeyri insani adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 25, 2017 12:51 Asia/Baku
  • Fransa hökumətinin mühacirlərlə bağlı siyasətləri qeyri-insanidir
    Fransa hökumətinin mühacirlərlə bağlı siyasətləri qeyri-insanidir

Fransada çıxan bir qəzet buölkə hökumətinin xüsusi ilə də daxili işlər nazirinin bu ölkənin şimalında, Kale məntəqəsindəki mühacirlər ilə davranışını qeyri insani adlandırıb.

Liberasyon qəzeti daxili işlər naziri Jerar Kolomb ilə bağlı tənqidi yazısında Kale məntəqəsindəki mühacirlərin durumuna işarə edərək, yazıb: Kale məntəqəsindəki mühacirlərin Britaniyaya mühacirət etməyə səy göstərdikləri halda, Kolomb bu məntəqəyə olan səfəri zamanı sadəcə polis qüvvələrinə dəstək verdi.

Jerar Kolomb cümə günü Kale məntəqəsinə olan ilk səfərində polisin mühacirlərə qarşı zorakılığını müdafiə edərək, mühacirlər barədə "kista", "xroniki abses" və "dilemma" kimi sözlərdən istifadə edib.