Tramp ilə Tillerson arasında ixtilaf
https://azeri.sahartv.ir/news/dünya-i274314-tramp_ilə_tillerson_arasında_ixtilaf
Nyu-York Tims qəzeti ABŞ prezidenti Donald Tramp ilə dövlət katibi Reks Tillerson arasında Səudiyyə Ərəbistanı və Qətər böhranı barədə fikir ayrılığı olduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 26, 2017 16:09 Asia/Baku
  • Tramp ilə Tillerson arasında ixtilaf
    Tramp ilə Tillerson arasında ixtilaf

Nyu-York Tims qəzeti ABŞ prezidenti Donald Tramp ilə dövlət katibi Reks Tillerson arasında Səudiyyə Ərəbistanı və Qətər böhranı barədə fikir ayrılığı olduğunu bildirib.

Nyu-York Tims qəzeti yazır: Səudiyyə Ərəbistanı ilə Qətər arasında yaranmış böhran və bu böhran barədə Donald Tramp ilə Reks Tillersonun mövqelərinin fərqli olması ciddi problemə çevrilib. 

Bu amerikan qəzetin yazdığına görə, Tillerson deyilən böhranı tam bitərəf olaraq nəzarətə almaq istəyir halbuki Tramp açıq-aşkar Ərrəyadın mövqeyini dəstəkləyir. 

Son günlər Tramp Tvitter səhifəsində Qətəri terrorizmə geniş miqyasda dəstək verməkdə ittiham etmişdi halbuki ABŞ Dövlət Departamenti Ərrəyadin Dohaya qarşı ittihamlarını araşdırmaqda olduğunu bildirmişdi. 

Nyu-York Tims zəzeti yazır: Bəzi ABŞ rəsmiləri Tillersonun Tramp hökumətindəki siyasi reallıqlara laqeyd yanaşdığını bildirirlər bunun səbəbini isə Tillersonun yoxsa  Trampın kürəkəni Cord Kuşnerin Orta şərq üzrə siyasətin müəyyənləşməsində rəhbər rol oynadığı bəlli deyil. 

Eyni zamanda Tillersonun himayədarları onun Orta şərq və Rusiya üzrə təcrübələrini tutduğu vəzifədə onun üstün cəhətləri hesab edirlər.