İyul 01, 2017 18:10 Asia/Baku
  • Honq Konqun yeni icra başçısı and içib
    Honq Konqun yeni icra başçısı and içib

Honq Konqun yeni icra başçısı Kerri Lam and içib.

Röyters-in məlumatına görə, Honq Konqun yeni icra başçısı bu gün Çin prezidenti Si Tsinpinin hüzurunda inauqurasiya mərasimini həyata keçirib.

Bu mərasim Honq-Konqun Çinə təhvil verilməsinin 20-ci ildönümündə keçirilib.

Çin prezidenti cümə axşamı günü Çek Lap Kok hava limanında deyib ki, Honq-Konqun geri qaytarılmasının ildönümü Çin və Honq-Konq üçün böyük bir hadisədir.

Ötən mart ayının 26-da xanım Kerri Lam Honq-Konq məntəqəsinin icra başçısı seçkilərində səslərin əksəriyyətini qazanaraq, qələbə çalıb və beş il müddətinə bu vəzifəyə seçilibdir.

Honq-Konq 1842-ci ildən 1997-ci ilədək İngiltərənin müstəmləkələrindən olub və ondan sonra Çinə qoşulubdur.

Teqlər