Britaniya Ali-Səud rejiminin Qətərlə bağlı mövqeyinə dəstək verdi
https://azeri.sahartv.ir/news/dünya-i275096-britaniya_ali_səud_rejiminin_qətərlə_bağlı_mövqeyinə_dəstək_verdi
Britaniyanın baş naziri Səudiyə Ərəbistanı və müttəfiqlərinin Dohaya qarşı düşmən mövqeyini müdafiə etdi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 04, 2017 06:13 Asia/Baku
  • Britaniya Ali-Səud rejiminin Qətərlə bağlı mövqeyinə dəstək verdi
    Britaniya Ali-Səud rejiminin Qətərlə bağlı mövqeyinə dəstək verdi

Britaniyanın baş naziri Səudiyə Ərəbistanı və müttəfiqlərinin Dohaya qarşı düşmən mövqeyini müdafiə etdi.

Əl-Hədəs informasiya kanalının verdiyi məlumata görə, Britaniyanın baş naziri Tereza Mey Səudiyə Ərəbistanı vəliəhdi Məhəmməd Bin Salman Bin Əbdüləziz Ali Səud ilə telefon danışığında Ər-Riyadın Qətərə qarşı aqressiv mövqeyinə dolayısı ilə dəstək verərək, deyib: Doha regionda terrorizm və ifratçılıq təhlükəsinin genişlənməsi ilə mübarizədə öz ərəb qonşuları ilə əməkdaşlıq etməlidir. 

Britaniyanın baş naziri həmçinin, deyib: Bütün tərəflər gərginliyi azaltmağa və Fars Körfəzi Əməkdaşlıq Şurasına üzv ölkələr arasındakı birliyi bərpa etməyə çalışmalıdır.