Ş. Koreya: Qitələrarası raket ABŞ-la nüvə teatrının son səhnəsidir
https://azeri.sahartv.ir/news/dünya-i275324-Ş._koreya_qitələrarası_raket_abŞ_la_nüvə_teatrının_son_səhnəsidir
Şimali Koreya hökuməti bildirib: Qitələrarası ilk ballistik raketin uğurla atılması Şimali Koreyanın ABŞ-la nüvə silahı qabiliyyəti teatrının son səhnəsidir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 06, 2017 04:52 Asia/Baku
  •  Qitələrarası ilk ballistik raketin uğurla atılması
    Qitələrarası ilk ballistik raketin uğurla atılması

Şimali Koreya hökuməti bildirib: Qitələrarası ilk ballistik raketin uğurla atılması Şimali Koreyanın ABŞ-la nüvə silahı qabiliyyəti teatrının son səhnəsidir.

İRNA-nın məlumatına görə, Şimali Koreya ABŞ-a xəbərdarlıq edib: Bu raketin atılması ilə iki tərəfin qarşılaşması son mərhələyə daxil olub və bu şəraitdə yeganə həll yolu iki tərəf arasında diplomatik müzakirələrdir. 

Şimali Koreyanın çərşənbə axşamı günü qitələrarası ballistik raketi sınaqdan keçirməsi bölgədə vəziyyəti daha da mürəkkəbləşdirib və Vaşinqton və Seulun çaşğınlığına səbəb olub. 

Şimali Koreya dəfələrlə bildirib ki, ABŞ-ın Şimali Koreya qarşısında ötən illərdəki düşmənçilik siyasətləri olmasaydı, bu ölkə heç vaxt nüvə silahlarının istehsalına doğru getməz və nüvə sınaqlarını həyata keçirməzdi.