Çin prezidenti qlobal açıq iqtisadiyyatın yaradılmasını istədi
-
Si Tszinpin
Çin Xalq Respublikasının prezidenti Si Tszinpin cümə günü 20-lər qrupunun üzvlərindən istəyib ki, qlobal açıq iqtisadiyyatın yaradılması, həmçinin çoxtərəfli ticarət rejiminin yaradılması üçün çalışsınlar. Çünki yaxşılaşmasını əks etdirən əlamətlərin olmasına baxmayaraq, dünya iqtisadiyyatının inkişafı hələ də zəifdir.
Çin prezidenti Almaniyanın Hamburq şəhərində 20-lər qrupunun iclasında etdiyi çıxışında həmçinin inkişaf üçün yeni mühərriklərin gücləndirilməsinə əsaslanan səylərdən istifadənin olunması, hərtərəfli inkişafın gücləndirilməsi, həmçinin qlobal iqtisadi hakimiyyət prosesinin yaxşılaşdırılmasını istəyib.
Dünyanın 2-ci böyük iqtisadiyyatının lideri əlavə edib: Biz hamı üçün açıq və ikitərəfli imkanları əldə etmək prosesinə sadiq qalmalıyıq və ölkələrin dünya iqtisadiyyatındakı payını artırmalıyıq.
G-20 qrupunun builki iclası elə bir halda keçirilir ki, dünya iqtisadiyyatının inkişaf tempi mühərrik tampağa çalışır. Bütün inkişaf etmiş ölkələr güclü iqtisadi funksiyanı əks etdirməkdə olan yeni bazarlar yaranmaqdadır.
Çin prezidenti deyib: Bununla belə qlobal iqtisadiyyat çətin problemlərlə qarşı-qarşıyadır və çoxlu de-stabilləşdirici amillər vardır.
O iqtisadi inkişaf tempinin yaxşılaşdırılmasında inkişafın rolunu vurğulayıb: 20-lər qrupunun üzvləri rəqəmsal iqtisadiyyat və yeni sənaye inqilabı sahəsində əməkdaşlıqları artırmalı və müştərək şəkildə yeni texnologiyalar. yeni sənaye, yeni ticarət örnəkləri və yeni məhsulları istehsal etməlidirlər.