Britaniyada Ərəbistana silah satışına etirazlar davam edir
-
Britaniyada Ərəbistana silah satışına etirazlar davam edir
Britaniyada insan haqları qurumları Səudiyyə Ərəbistanına silah satışının davam etməsini tənqid ediblər.
İRİB-in məlumatına görə, Britaniya məhkəməsinin Səudiyyə Ərəbistanı və müttəfiqlərinə silah-sursatın satılmasına qarşı olanların müraciətini rədd etməsi və bu işin davam etdirilməsini qanuni elan etməsindən sonra, hüquq və insan haqları dairələri, həmçinin siyasi fəallar bu qərara reaksiya verib və onu insan haqları qaydalarının pozulması və yəmənli sivillərin qırğın edilməsində iştirak etmək adlandırıblar.
Beynəlxalq Amnistiya Təşkilatı da Britaniya Ali Məhkəməsinin Səudiyyə Ərəbistanına silah satışının davam etməsinə dair qərarını tənqid edərək onun naümidlik adlandırıb və Britaniyanın öhdəlikləri və beynəlxalq öhdəliklərə zidd adlandırıb.
Beynəlxalq konvensiyalar bomba istehsalı, satışı və istifadəsini qadağan elan edib və bir çox ölkə, o cümlədən Britaniya həmin konvensiyaları imzalamışdır. Lakin bu ölkə rəsmiləri etirazlara reaksiyada bu bombaları öncədən Ərəbistana satdıqlarını elan ediblər.
Britaniyada Silah Satışı ilə Mübarizə Təşkilatının məlumatına görə, Yəmənə hücumlar başlandığı zamandan bəri Britaniya Ərəbistana 4 milyard dollar dəyərində silah satıb.