İyul 20, 2017 09:20 Asia/Baku
  • Şeyx İbrahim Zəkzaki
    Şeyx İbrahim Zəkzaki

Nigeriya İslam Hərəkatı bir bəyanat yayaraq, bu ölkə hökumətinə Nigeriya şiələrinin lideri Şeyx İbrahim Zəkzakini terror edilməsi istiqamətində həyata keçirilən səylər barədə xəbərdarlıq edib.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Nigeriya İslam Hərəkatı çərşənbə günü yaydığı bəyanatda bu hərəkatın rəhbəri olan Şeyx İbrahim Zəkzakinin terror və ölkənin müxtəlif məntəqələrində hərəkatın digər üzvlərinə qarşı hücumların təşkil edilməsi istiqamətində olan səylər barədə xəbərdarlıq edib. 

Bəyanatda həmçinin, Nigeriya hərbçilərinin strateji əhəmiyyətli və iri şəhərlərin izdihamlı məntəqələrində yerləşdirilməsinə işarə edilib və bildirilib: Bu qüvvələr günahsız insanlarını qanını axıtmaq üçün əmrin verilməsini gözləyirlər. 

Nigeriya İslam Hərəkatı dünya ictimaiyyəti və beynəlxalq təşkilatların Nigeriyada müdafiəsiz xalqın ordu tərəfindən qırğın edilməsini durdurmaq üçün dərhal ciddi tədbirlər görməsini istəyir. 

Nigeriya İslam Hərəkatının bəyanatında həmçinin deyilir: Şeyx İbrahim Zəkzakinin terror edilməsi və Nigeriya İslam Hərəkatı üzvlərinin öldürülməsi Nigeriya və bu ölkə xalqının durumunun yaxşılaşmasında hansısa müsbət təsirə malik olmayacaq. Buna görə də, hökumətdən insanlara qarşı kütləvi qırğınlara son qoyması və Şeyx Zəkzakini dərhal azad etməsi istənilir. 

Şeyx Zəkzaki 2015-ci ildə Nigeriya ordusu tərəfindən həbs edilib. Nigeriya məhkəməsinin Şeyx Zəkzakinin azadlığa buraxılması barədə qərar qəbul etməsinə baxmayaraq, O, hələ də həbsdə saxlanılır. 

13 dekabr 2015-ci ildə Nigeriyada müsəlmanların kütləvi şəkildə repressiya edilməsi zamanı ordu qüvvələri Kaduna vilayətində, Zarya şəhərində bir hüseyniyəyə basqın edərək, yüzlərlə nəfəri o cümlədən Şeyx Zəkzakinin 3 övladını qətlə yetirmişdilər. 

Teqlər