Minlərlə amerkalı evsiz qaldı
https://azeri.sahartv.ir/news/dünya-i276950-minlərlə_amerkalı_evsiz_qaldı
Kaliforniya ştatında meşəlik ərazilərdə çıxan yanğın 100 kilometrlik bir zolaqda qarşısına çıxan hər şeyi külə çevirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 20, 2017 09:00 Asia/Baku
  • Minlərlə amerkalı evsiz qaldı
    Minlərlə amerkalı evsiz qaldı

Kaliforniya ştatında meşəlik ərazilərdə çıxan yanğın 100 kilometrlik bir zolaqda qarşısına çıxan hər şeyi külə çevirib.

Amerikanın qərbində, meşəlik ərazilərdə çıxan yanğın hər gün daha çox əraziyə yayılır. İndiyə kimi Kaliforniya Ştatında minlərlə nəfər yanğınlar nəticəsində evini tərk etməyə məcbur olub. Yanğınlar nəticəsində 8 evin  yandığı bildirilir. 

Kaliforniya valisi şənbə günü fövqəladə vəziyyət elan edərək, yanğının nəzarət altına alınması üçün bütün imkanların səfərbər edildiyini bildirib. Hazırda yanğının səbəbləri araşdırılır. Yanğın nəticəsində yüksələn qatı tüstü dumanı 240 kilometrlik bir ərazini bürüyüb.