Ş.Koreya yeni ballistik raketi sınaqdan keçirməyə hazırdır
Cənubi Koreya Pxenyanın yaxın gələcəkdə yeni ballistik raketi sınaqdan keçirməyə hazır olmasından xəbər verib.
Rəsmi Yunhap xəbər agentliyi bildirib ki, Şimali Koreyanın sınaqdan keçirəcəyi yeni raket ehtimal üzrə qitələrarası ballistik raket olacaq. Bu sınaq böyük ehtimala qarşı Koreya savaşının başa çatmasının 64-cü ildönümü günündə, yəni iyulun 27-də həyata keçiriləcək.
Şimali Koreya iyulun dördündə, Amerikanın istiqlaliyyət günü ilə bir vaxtda Birləşmiş Ştatların ərazisinə düşmək qabiliyyətinə malik olan qitələrarası ballistik bir raketi sınaqdan keçirdi.
ABŞ-ın öz raket və nüvə fəaliyyətlərini dayandırması üçün Şimali Koreyaya qarşı təzyiqlərinin çoxalmasının ardınca Koreya yarımadasındakı gərginlik son dərəcə artıbdır.
Şimali Koreya raket və nüvə fəaliyyətlərini özünümüdafiə haqqı hesab edir və dəfələrlə bildiribdir ki, Amerikanın Cənubi Koreyadakı hərbi iştirakı bu məntəqədəki gərginliyin əsas amilidir.