İyul 30, 2017 19:58 Asia/Baku
  • ABŞ Sakit Okeanda ballistik raket atıb
    ABŞ Sakit Okeanda ballistik raket atıb

Amerika Sakit Okeanda "Tad" tipli anti-raket sistemini sınaqdan keçirməsindən xəbər verib.

NBC informasiya kanalının məlumatına görə, Koreya yarımadasındakı gərginliklərin davamında ABŞ müdafiə nazirliyinin başçıları bu gün bildiriblər ki, bu ölkə Sakit Okean üzərində bir ədəd ballistik raket ataraq, özünün "Tad" tipli anti-raket sistemini Alyaska ştatında uğurla sınaqdan keçiribdir.

Amerika raket informasiya agentliyi iddia edibdir ki, bu sistem hava qüvvələrinin bir təyyarəsindən atılmış bu raketi izləyərək, məhv edə bilibdir.

Bu xəbər elə bir halda yayılıbdır ki, Amerika öz müttəfiqləri olan Cənubi Koreya və Yaponiya ilə yanaşı, Şimali Koreyanın raket və nüvə proqramına qarşı təzyiqlərini davam etdirirlər.

Şimali Koreyaya qarşı təzyiqlər bu ölkənin son ballistik raket sınağından sonra şiddətlənib və bu istiqamətdə ABŞ prezidenti Donald Tramp Çinin Şimali Koreya qarşısındakı mövqeyini tənqid edibdir.

Teqlər