İƏT-in Myanmadan tələbi
-
İƏT-in Myanmadan tələbi
İslam Əməkdaşlıqları Təşkilatı-İƏT Myanma dövlətindən istəyibdir ki, bu ölkədəki Ruhinqa azlığının hüquqlarına hörmət etsin.
Röyters-in məlumatına görə, İslam Əməkdaşlıqları Təşkilatının sədri Yusif bin Əhməd Ələsimin bu gün Myanma dövlətindən istəyibdir ki, bu ölkədəki Ruhinqa azlığının hüquqlarına hörmət etsin.
O, Banqladeşin paytaxtına olan dördgünlük səfəri zamanı belə vurğulayıb: Myanma dövlətindən gözlənilir ki, ruhinqalıların insan haqlarına hörmət ilə bağlı əminlik yaratsın. Myanmanın dövlət başçılarından istəyirik ki, Ruhinqa xalqına vətəndaşlıq haqqından əminlik yaratsın.
Ruhinqa müsəlmanlarının Myanmada ölkəsiz və vətəndaşızlıq vəziyyətində olduqları və 2012-ci ildən bəri tayfa toqquşmalarınn on minlərlə nəfərin didərgin düşməsinə bais olduğu bir halda, BMT-nin bir yüksək vəzifəli rəsmisi də cümə günü Myanma dövlətindən istəyibdir ki, Ruhinqa müsəlmanlarına bu ölkənin vətəndaşlığını versin.