Avq 04, 2017 09:01 Asia/Baku
  • Myanmada müsəlmanlara qarşı kobudluq
    Myanmada müsəlmanlara qarşı kobudluq

Əksəriyyətini müsəlmanlar təşkil edən Myanmanın şimal-qərbində zorakılıq bir neçə nəfərin ölümünə səbəb olub.

Press TV-nin məlumatına görə, Myanmanın Raxin əyalətində Kainq Gyi kəndinin sakinləri və dövlət rəsmiləri bildiriblər ki, silahlı şəxslərin bu kəndə hücumu nəticəsində 6 nəfər həlak olub, iki nəfər də itkin düşüb. 

Məlumata əsasən, bu hücumun qurbanları myanmalı müsəlmanlar olub. 

Ruhingiya müsəlmanlarının yaşadığı əsas mərkəz sayılan Myanmanın Raxin əyaləti 2012-ci ildən ən sərt qarşıdurmaların şahidi olmuşdur. İndiyə qədər bu əyalətdə yüzlərlə ruhingiyalı müsəlman həlak olub, 140 min nəfər də didərgin düşüb. 

Teqlər