Tramp: Konqres məsuliyyət daşıyır
https://azeri.sahartv.ir/news/dünya-i278620-tramp_konqres_məsuliyyət_daşıyır
ABŞ prezidenti Donald Tramp Rusiya əleyhinə yeni sanksiyalar paketini imzaladıqdan bir gün sonra Twitter səhifəsində yazıb: ABŞ-ın Rusiya ilə əlaqələri hazırda ən təhlükəli səviyyəyə tənəzzül edib və iki ölkə əlaqələri tarixində minimum səviyyədədir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 04, 2017 08:21 Asia/Baku
  • Donald Tramp
    Donald Tramp

ABŞ prezidenti Donald Tramp Rusiya əleyhinə yeni sanksiyalar paketini imzaladıqdan bir gün sonra Twitter səhifəsində yazıb: ABŞ-ın Rusiya ilə əlaqələri hazırda ən təhlükəli səviyyəyə tənəzzül edib və iki ölkə əlaqələri tarixində minimum səviyyədədir.

Tramp twitində Konqresdə respublikaçı əməkdaşlarının səhlənkarlıqları və onların ObamaCare adlı səhiyyə sığortası qanunun ləğvindən çəkinmələrinə toxunaraq yazıb: Siz buna görə Konqresə təşəkkür edə bilərsiniz. Onlar hətta səhiyyə ilə bağlı yeni qanunu təsdiqləməkdə aciz idilər.

Rusiya prezidenti Vladimir Putin hökumətinin 2016-cı il ABŞ prezident seçkilərində müdaxilə etməsinə dair ABŞ-ın təhlükəsizlik xidmətlərinin məlumatları əsasında Rusiya ilə əlaqələrin yaxşılaşması istiqamətində Trampın arzuları puç oldu.