Kabilin şimalında partlayışda 11 amerikalı hərbçi ölüb
Taliban Əfqanıstan paytaxtı Kabilin şimalında Şimali Atlantik Aylansı qüvvələrinə hücumda 11 amerikalı hərbçinin öldürüldüyünü bildirib.
Associated Pressin məlumatına görə, Talibanın sözçüsü Zəbihulla Mücahid bildirib: Ötən gün Kabilin şimalında Qarabağ bölgəsi yaxınlığında kamikadze üzərindəki partlayıcı qurğunu işə salıb. Nəticədə 11 amerikalı hərbçi ölüb, bir qrup da yaralanıb.
Lakin ABŞ-ın hərbi dairələri partlayış nəticəsində bir amerikalı hərbçinin öldüyünü və 6 nəfərin də yaralandığını bildiriblər.
Bu son günlərdə NATO qüvvələri karvanına ikinci hücum sayılır.
Çərşənbə günü də bomba quraşdırılmış avtomobil Qəndəhar vilayətinin Daman rayonunda yerləşən Şurəndamda xarici hərbçilərin keçdiyi yolda partladıldı. Nəticədə iki amerikalı hərbçi öldü, dörd nəfər də yaralandı.
Hal-hazırda təxminən 13 min əcnəbi hərbçi, o cümlədən 10 min amerikalı hərbçi Əfqanıstandadır.