Ukrayna Şimali Koreyaya raket texnoloji vasitələrini satmağı təkzib etdi
Ukrayna hökuməti bu ölkənin Şimali Koreyaya heç vaxt raket texnologiyası vasitələri satmadığını bildirib.
Röytersin məlumatına görə, Ukrayna Müdafiə və Təhlükəsizlik Şurasının katibi Aleksandr Turçinov bazar ertəsi günü bir bəyanatla Nyu-York Tayms qəzetinin məqaləsinə reaksiya verib və bildirib: Ukrayna heç vaxt raket motoru və ya raket texnologiyasının heç bir vasitəsini Şimali Koreyaya satmayıb.
Nyu-York Tayms qəzeti bir məqalədə ekspertlərə istinadla bildirib ki, Şimali Koreya ehtimal üzrə raket motorlarını Ukrayna zavodundan satın alıb.
Məlumata görə, ABŞ-ın təhlükəsizlik xidmətlərinin qiymətləndirmələrinə əsasən, ABŞ ərazisinə çata biləcək Şimali Koreyanın qitələrarası raket sınağındakı uğuru Ukraynada bir zavodun güclü rakeet motorlarını satın alması ilə mümkün ola bilər. Belə ki, bunlar qara bazardan satın alınmışdır.