Avq 17, 2017 12:55 Asia/Baku
  • Yaponiya S. Okeanda tuna balığı ovu üzrə kvotanın nəzərdən keçirilməsini təklif edib
    Yaponiya S. Okeanda tuna balığı ovu üzrə kvotanın nəzərdən keçirilməsini təklif edib

Yaponiya Sakit Okeanda Blufin adlı tuna balığının ovlanması üçün yeni kvota sistemini yaratmaq və təklif etmək niyyətindədir.

Bu kvota sisteminə əsasən, Sakit Okeanda Blufin adlı tuna balığı ehtiyatlarının bərpası təqdirində onun ovlanması maneəsiz olacaqdır.

Sakit Okean ətrafındakı ölkələrin Blufin tuna balığının ovlanması üzrə yeni kvota sisteminin araşdırılması barədəki müzakirələri avqustun səkkizində Cənubi Koreyada başlanmalıdır. Yaponiya və ABŞ nümayəndələri də bu müzakirələrdə iştirak edəcəklər.

Yaponiya rəsmiləri deyirlər ki, Blufin tuna balığının ehtiyat miqdarının diqqətəlayiq şəkildə artmasına əsasən, yaxşı olardı ki, öncəki kvotalar bir daha nəzərdən keçirilsin.

Teqlər