Avq 18, 2017 10:03 Asia/Baku
  • Çilidə ABŞ bayrağı yandırıldı
    Çilidə ABŞ bayrağı yandırıldı

Çilidə etirazçılar Venesuela hökuməti ilə həmrəylik nişanəsi olaraq ABŞ bayrağını yandırıblar.

Rusiya əl-Youm televiziyasının məlumatına görə, etirazçılar Venesuela hökuməti ilə həmrəyliyi elan etmək nişanəsi olaraq cümə axşamı günü Çili paytaxtı Santiaqonun küçələrinə axışıb və ABŞ vitse-prezidenti Mayk Pensin Çiliyə səfərinə etiraz olaraq ABŞ bayrağını yandırıblar. 

İnsan haqları müdafiəçisi təşkilatları və fəalların da iştirak etdiyi aksiya ABŞ-ın Latın Amerikası ölkələrində istənilən müdaxiləsinə qarşı olmağı elan etmək üçün keçirilib. 

Qeyd edək ki, çərşənbə günü Çili Santiaqoda Mayk Pensə ev sahibliyi edəcək. 

ABŞ prezidenti Donald Trampın ötən cümə günü Venesuela böhranı ilə əlaqədar hərbi seçimə toxunması bu ölkə hökumətinin qəzəbinə və Latın Amerikasında etirazların dalğalanmasına səbəb olub. 

Qalmaqallı açıqlamaları ilə seçilən Trampın son hərəkəti müavinin Latın Amerikası turnesi ərəfəsində baş verib. Belə ki, Mayk Pens Trampın düşmənçilik mövqeyini müəyyən qədər yumşaltmağa çalışıb. 

Venesuela son aylarda müxalifətin iğtişaşlarının şahididir. 

Venesuela hökuməti ölkədəki iğtişaşların səbəbkarını ABŞ və ona bağlı sağçı partiyalar hesab edir. 

Teqlər