Qətər: Dohanı blokadaya alan ölkələr fakt təqdim etməyiblər
Avq 19, 2017 06:58 Asia/Baku
-
Qətər: Dohanı blokadaya alan ölkələr fakt təqdim etməyiblər
Qətərin xarici işlər naziri Məhəmməd Bin Əbdürrəhman Ali-Sani Osloda norveçli həmkarı ilə müştərək mətbuat konfransında etdiyi çıxışında deyib: Qətəri blokadaya alan 4 ölkənin Küveytin vasitəçiliyinə müsbət reaksiya verəcəklərinə ümid edirik. Qətəri blokadaya alan ölkələr indiyədək öz mövqeləri istiqamətində heç bir fakt təqdim etməyiblər.
Qətərin XİN başçısı deyib: Səudiyyə rəsmiləri Qətərli hacıların təhlükəsizliyinin təmin edilməsi barədə Qətər rəsmilərinin tələblərinə indiyədək cavab verməyiblər. Səudiyyə başçıları sərhəddi keçən qətərli hacıların təhlükəsizliyinin təmin edilməsində məsuliyyət daşıyırlar.
Teqlər