Netanyahu İranın Suriyada terrorizmlə mübarizəsindən narazıdır
Sionist rejimin baş naziri dünən Soçidə Rusiya prezidenti ilə görüşdə terrorizmlə mübarizə sahəsində İranın Suriya ilə həmkarlıq etməsindən narazı olduğunu bildirib.
Netanyahu İranın Suriyadakı qanuni iştirakını tənqid edərək, iddia edib ki, İranın Suriyadakı nüfuzunun genişlənməsi region və dünya üçün bir təhdiddir.
Netanyahu habelə sionist rejimin Cibhətunnusrə və İŞİD terrorçularına dəstək istiqamətində dəfələrlə Suriya ordusunun mövqelərini hədəfə almasına toxunmadan gülünc bir iddiada İranı İŞİD-i himayədə ittiham edib.
Belə bir halda, Moskva dəfələrlə sionist rejimin iddialarını rədd edərək, bildiribdir ki, Rusiya, İran və Livan Hizbullahı terrorizmə qarşı mübarizədə Suriyanın himayədarlarıdırlar.
Sionist rejimin baş naziri elə bir halda Rusiya prezidenti ilə görüşübdür ki, bu rejim və Moskva Suriyanın durumu barədə bir çox mövqe fərqliliyinə malikdirlər.