Avq 29, 2017 20:17 Asia/Baku
  • "Ruhingiya Avropa Şurası" Myanma müsəlmanlarının qırğın edilməsindən nigarandır

Ruhingiya Avropa Şurası Myanma müsəlmanlarına qarşı soyqırımına son qoyulmasını istəyib.

Türkiyədə çıxan Hürriyyət qəzetinin yazdığına görə, Ruhingiya Avropa Şurası bu gün bir bəyanat yayaraq bildirib ki, Myanmanın qərbində müsəlmanların qətliamı davam edir və bunun əsas səbəbkarı da Myanma ordusudur. 

BMT də bir hesabat yayaraq Myanma müsəlmanlarına qarşı işgəncələr və rəhmsiz zorakılıqların davam etdiyini bildirib. 

Myanma ordusunun Raxin vilayətində Ruhingiya müsəlmanlarına qarşı təcavüzkar hücumlarında son bir neçə gün ərzində 92 müsəlman öldürülüb və çoxlu sayda müsəlman yaralanıb. 

Teqlər