Amerikada yeni atom bombaları sınaqdan keçirilib
https://azeri.sahartv.ir/news/dünya-i281116-amerikada_yeni_atom_bombaları_sınaqdan_keçirilib
Russia Today telekanalı ABŞ-ın Nevada səhrasında yeni atom bombalarını sınaqdan keçirdiyini bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 29, 2017 16:30 Asia/Baku
  • Amerikada yeni atom bombaları sınaqdan keçirilib
    Amerikada yeni atom bombaları sınaqdan keçirilib

Russia Today telekanalı ABŞ-ın Nevada səhrasında yeni atom bombalarını sınaqdan keçirdiyini bildirib.

Russia Today telekanalının verdiyi məlumata görə, avqustun 8-də F15 qırıcılarından istifadə olunaraq həyata keçirilən bu sınaq 12-61 tipli bombalardan ibarət olub. 

ABŞ-ın nüvə təhlükəsizliyi milli idarəsinin bildirdiyinə görə, yeni atom bombaları təyyarələrin bu kimi bombaları daşımaq qabiliyyətinin yoxlanılamsı məqsədi ilə sınaqdan keçirilib.