Avq 31, 2017 17:50 Asia/Baku
  • Son həftə ərzində 18 min müsəlman Myanmadan qaçıb
    Son həftə ərzində 18 min müsəlman Myanmadan qaçıb

18 mindən çox Ruhingiya müsəlmanı Myanma ordusunun repressiyaları üzündən Banqladeşə qaçmaq məcburiyyətində qalıb.

Beynəlxalq Mühacirət Təşkilatının bildirdiyinə görə, bir həftədən az müddətdə 18 min ruhingiya müsəlmanı Myanma təhlükəsizlik qüvvələrinin zorakılıqlarından qaçaraq özünü Banqladeşə çatdırıb. 

İki ölkə sərhədlərində yüzlərlə müsəlman da ilişib və yardıma kəskin ehtiyaclıdır. 

Hesablamalara görə, Raxin vilayətində 1 milyon müsəlman yaşayır və ifratçı buddistlər və Myanma dövlət qüvvələri tərəfindən zorakılıqlara məruz qalırlar. Myanma buddistlərinin çoxu ruhingiya müsəlmanlarını rəsmən tanımır və onların yerli azlıq olması ilə razılaşmır. 

 

Teqlər